
Bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulan qida məhsullarıdır. Tərkibləri qidalandırıcı, fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrdən ibarətdir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə istehsal edilən və idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi süd və süd məhsullarının idxalı proseduruna dair yeni videoçarx hazırlayıb.

2-4 iyul tarixlərində ölkəmizdə xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Bakı Mühəndislik Universiteti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 24-ü Göyçay Rayon Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərləri və Göyçay, Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 24-ü saat 11:00-da Göyçay Rayon Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərləri və Göyçay, Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

Milli-mənəvi dəyərləri və ənənələri yaşadaraq böyük ruh yüksəkliyi ilə qeyd edilən Qurban bayramı günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aparatının regional bölmələri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

İyunun 16-sı və 17-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə ölkə üzrə istehlak bazarında monitorinqləri davam etdirir.