AQTA əməkdaşlarına təlim keçirilib
5 İyun 2025 14:21








Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan əməkdaşlara “Səriştə əsaslı uğurlu liderlik: idarəetmə, düşünmə və inkişaf” mövzusunda təlim keçirilib.
Agentlikdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara liderliyin növləri, metodları və səriştələri barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər

Arıçılıq məhsullarının Avropa Birliyi ölkələrinə ixracı məsələləri müzakirə olunub
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Arıçılar Assosiasiyası ilə birgə arıçılıq məhsullarının istehsalı, idxalı və satışı ilə məşğul olan sahibkarların iştirakı ilə görüş keçirib. Onlayn formatda keçirilən görüşdə son illər ölkəmizdə arıçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına məlumat verilib. Həmçinin, Azərbaycan balının və digər arıçılıq məhsullarının Avropa Birliyi ölkələrinə ixracı sahəsində Agentlik tərəfindən həyata keçirilən tədbirlərin gedişi və bu sahədə sahibkarların yerinə yetirməli olduğu tələblər onların nəzərinə çatdırılıb. Görüşdə arı ailələrinin mövsümi köçürülməsi zamanı baytarlıq nəzarətinin həyata keçirilməsi, arıçılıq təsərrüfatlarının, həmçinin arıçılıq məhsullarının istehsalı və satışı obyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi vurğulanıb. Görüş zamanı arıçılıq məhsullarının qablaşdırılması və etiketlənməsi, eyni zamanda, damazlıq arı və arıçılıq məhsullarının idxalı və ixracı ilə bağlı tələblər görüş iştirakçılarının diqqətinə çatdırılıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

AQTA sədri Abşeronda vətəndaşları qəbul edib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyulun 4-ü Abşeronda Sumqayıt şəhəri və Abşeron, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

AQTA yanında Məşvərət Şurası üzvlərinin kommunikasiya üzrə məsul şəxsləri ilə görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında qida sektoru üzrə Məşvərət Şurasını təmsil edən qurumların kommunikasiya üzrə məsul şəxsləri ilə görüş keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları və bu sahədə effektiv kommunikasiyanın qurulması məsələləri müzakirə olunub. Müzakirələrdə istehlakçıların maarifləndirilməsi zamanı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün təkliflər irəli sürülüb.
