İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
19 İyun 2025 10:34




Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26900 ədəd 100 ml-lik (suspenziya) və 20400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.
Oxşar xəbərlər

AQTİ-də qida məhsullarının yararlılıq müddəti laborator sınaqlarla təyin olunur
İstehsal və satış prosesində qida məhsullarının keyfiyyətinin qorunması, onların saxlanma müddəti ərzində etiketində göstərilən qida dəyərinə uyğun qalması əsas tələblərdən biridir. Bu istiqamətdə istehlakçı hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) "rəf ömrünün təyini" üzrə sınaqlar həyata keçirir. Bu sınaqlar məhsulun istehsal tarixindən son istifadə müddətinə qədər olan dövrdə istehlaka yararlılığını müəyyənləşdirməyə xidmət edir. Qida məhsulları üzərində aparılan sınaqlar mikrobioloji, fiziki-kimyəvi və toksikoloji parametrlər əsasında qiymətləndirilir. Sınaqlar yekunlaşdıqdan sonra məhsulun təhlükəsizlik və keyfiyyət baxımından hansı müddət ərzində saxlanıla biləcəyi elmi əsaslarla müəyyən edilir və təsdiqlənmiş hesabat sifarişçiyə təqdim olunur. Müayinələr yüksək səriştəliliyə malik personal tərəfindən beynəlxalq metodlara uyğun olaraq həyata keçirilir. Sınaqların aparılmasında məqsəd qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflər arasında inamın artırılmasıdır. Qida məhsullarında sürətləndirilmiş rəf ömrünün təyin edilməsi sınaqları bu sahədə fəaliyyət göstərən istehsalçılara da müxtəlif istiqamətlərdə dəstək verir. Keyfiyyətin qorunması üçün uyğun saxlanma şəraitinin təyin edilməsi ortaya çıxa biləcək potensial problemlərin erkən mərhələdə aşkarlanması ilə nəticələnir.

AQTA-da sahibkarların qəbulu keçiriləcək - ELAN
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavinləri hər həftənin çərşənbə, cümə axşamı və cümə günləri Agentliyin inzibati binasında sahibkarları qəbul edəcəklər. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət, qeydiyyat, idxal-ixrac məsələləri ilə bağlı qəbula yazıla bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtuna müraciət edə və ya (+994) 70 405 01 85 nömrəsinə zəng edə, həmçinin vatsap üzərindən əlaqə saxlaya bilərlər.

Bərdədə satış mağazasında yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Bayramov Ərşad Üzeyir oğluna məxsus pestisid, aqrokimyəvi maddə və toxum satışı mağazasında yoxlama keçirib. Baxış zamanı yararlılıq müddəti bitmiş toxum və herbisid aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
